Türkiyə BMT-ni taxıl müqaviləsinin müddətini uzatmağa razı salmağa çalışır
    • 17-07-2023, 11:34
    • 178

Türkiyə BMT-ni taxıl müqaviləsinin müddətini uzatmağa razı salmağa çalışır

Türkiyə və Birləşmiş Millətlər Təşkilatı Rusiyanı taxıl müqaviləsinin müddətini uzatmağa razı salmağa çalışır. 

News24.az xəbər verir ki, bu barədə Türkiyənin “Aydınlık” qəzeti yazır.

“Türkiyə iyulun 17-dən sonra taxıl müqaviləsinin müddətini uzatmaq üçün hər cür səy göstərir, Ankara müsbət nəticə gözləyir”, - Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz deyib.

“Rusiya dəfələrlə bəyan edib ki, saziş çərçivəsində həll olunmamış bütün məsələlər həll olunmazsa, müqaviləni ləğv edəcək”, - nəşr qeyd edib.

Qəzet yazır: “Türkiyə və Birləşmiş Millətlər Təşkilatı Rusiyanı ötən ilin mayında əldə edilmiş və iki ay uzadılmış razılaşmanın qüvvəsini uzatmağa razı salmağa çalışır”.

Akqabay