Peskovdan "taxıl sazişi" ilə bağlı - AÇIQLAMA
    • 31-10-2022, 21:06
    • 551

Peskovdan "taxıl sazişi" ilə bağlı - AÇIQLAMA

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "taxıl sazişi" ilə bağlı açıqlama verib.

News24.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Peskov Türkiyə və Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə bu mövzuda danışıqları davam etdirdiklərini deyib.

Jurnalistlərin Rusiyanın "taxıl sazişi"nə qayıdıb-qayıtmayacağı ilə bağlı sualını isə Peskov belə cavablandırıb:
“Bu suala hazırda cavab vermək mənim üçün çətindir”.

Peskov qeyd edib ki, gəmilərin təhlükəsizliyinə zəmanət verə bilmədikləri üçün bu şərtlərlə razılaşmanı reallaşdırmaq mümkün deyil: "Belə olan halda razılaşma daha riskli və təhlükəli hala gəlir".

O, müqavilədən çıxmalarında isə Ukraynanı günahlandırıb: "Ukrayna tərəfinin hərəkətləri razılaşmanın pozulmasına səbəb olub. Onlar təhlükəsizlik atmosferini korladılar".

Xatırladaq ki, Rusiya bir neçə gün əvvəl “taxıl sazişi”ndən çıxdığını elan edib.