Krım körpüsünün partladılmasını kim təşkil edib? — Zaxarova AÇIQLADI
    • 17-07-2023, 13:01
    • 207

Krım körpüsünün partladılmasını kim təşkil edib? — Zaxarova AÇIQLADI

“Krım körpüsünə hücumla bağlı bütün qərarları Kiyev ABŞ və Böyük Britaniyanın xüsusi xidmət orqanlarının birbaşa iştirakı ilə qəbul edib”.

News24.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ötən gecə Krım körpüsündə baş vermiş partlayışla bağlı özünün Teleqram kanalında məlumat verib.

Xatırladaq ki, Ukrayna Təhlükəsizlik Xidməti insidentdə iştirak etdiyini açıqlamış, əməliyyatın sualtı ATS-lərdən istifadə edilməklə, ölkənin silahlı qüvvələrinin, Rusiya Hərbi Dəniz Qüvvələrinin birgə iştirakı ilə həyata keçirildiyini bildirmişdi.

Krım körpüsündə baş verən partlayış nəticəsində azı iki nəfər ölüb.

Akqabay