Putin hücumdan sonra təmir edilən Krım körpüsünə baş çəkdi
    • 6-12-2022, 10:19
    • 252

Putin hücumdan sonra təmir edilən Krım körpüsünə baş çəkdi

Rusiya ilə Krımı birləşdirən Krım körpüsü oktyabrın 8-də baş verən partlayış nəticəsində qismən dağılandan sonra təmir edilib.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin körpüyə baş çəkib və onun üzərində hərəkət edib. Bundan sonra körpüdə nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Xatırladaq ki, Krım körpüsü partlayış nəticəsində qismən dağılıb. Hadisə nəticəsində 3 nəfər həlak olub. Rusiya hücuma görə Ukraynanı ittiham edib.

Qumral Əliyeva