Krım körpüsünü Rusiya, Ukrayna və Ermənistan vətəndaşları partladıb
    • 12-10-2022, 13:20
    • 279

Krım körpüsünü Rusiya, Ukrayna və Ermənistan vətəndaşları partladıb

Rusiya Federal Təhqiqatlar Bürosu Krım körpüsündə baş vermiş partlayışla bağlı cinayət işi çərçivəsində hadisədə iştirak etməkdə şübhəli bilinən 5 Rusiya, 3 Ukrayna və Ermənistan vətəndaşının saxlanıldığını bildirib.

News24.az Rusiya KİV-ə istinadla xəbər verir ki, FTB və Rusiya İstintaq Komitəsi körpünün partlayışın təşkilatçılarını müəyyən etdiklərini açıqlayıb.

“Krım körpüsündə terror aktının təşkilatçısı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi, onun rəhbəri Kirill Budanov, onun əməkdaşları və agentləri olub”, - deyə Rusiya kəşfiyyat xidməti bildirib.

İdarədən əlavə ediblər ki, müstəntiqlər hadisədə əli olan 12 nəfəri müəyyən ediblər:

"Teror hüücumu ilə bağlı istintaq davam edir. Hadisənin bütün təşkilatçıları və iştirakçıları, o cümlədən xarici vətəndaşlar Rusiya qanunlarına uyğun olaraq məsuliyyətə cəlb olunacaqlar".

FTB-nin məlumatına görə, partlayıcı qurğunun ümumi çəkisi 22 tondan çox olub. Qurğu polietilen plyonka ilə rulonlarda kamuflyaj edilib, avqustun əvvəlində Odessa limanından Bolqarıstan Ruse limanına, oradan isə Ermənistan və Gürcüstan vasitəsilə Rusiyaya göndərilib. Yüklərin daşınmasında əsasən, Ukrayna və Gürcüstan vətəndaşları iştirak edib. Onlardan biri isə Ermənistan vətəndaşıdır.

Qeyd edək ki, oktyabrın 8-də səhər saatlarında Kerç boğazındakı Krım körpüsündə yük maşını partlayıb. Nəticədə körpünün avtomobil hissəsindəki yollardan biri qismən uçub, dəmiryol hissəsində isə yanacaq çənləri yanıb. Son məlumatlara görə, hadisə zamanı 4 nəfər ölüb.