Ögey ata övladlarını çəkiclə DÖYDÜ
    • 17-07-2023, 13:20
    • 211

Ögey ata övladlarını çəkiclə DÖYDÜ

Yakutiyada ögey ata övladlarını sistematik şəkildə döyüb.

News24.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə iyulun 17-də respublika prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

İstintaq Megino-Kanqalasskinin 31 yaşlı şəxsin iki azyaşlının sistematik şəkildə döyülməsi faktını təsdiqləyib.

Xəsarət alan 9 və 15 yaşlı oğlanların ögey atası ona tabe olmadığını üçün onları döydüyünü iddia edib. İstintaq zamanı müəyyən olunub ki, uşaqların əllərini çəkic, çubuq, tikinti materialları və digər əşyalarla döyüb.

Prokurorluq təqsirləndirilən şəxsə cəza olaraq 5 il müddətinə azadlıqdan məhrumetmə istəsə də, məhkəmə ona cəmi 3 il cəza verib.

Aynurə