-
- 24-07-2020, 23:20
- 1 532
ŞOK! Astarada ögey anadan vəhşilik - 5 yaşlı qızı kəndirlədi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
Astarının Ərçivan kəndində 5 və 10 yaşlı bacı- qardaş ata və ögey ananın işgəncəsinə məruz qalıblar.
News24.az-a daxil olan məlumata görə, 2010-cu il təvəllüdlü Məmmədov Əlihəsən Cavid oğlu və 2014-cü il təvəllüdlü Məmmədova Ruqayə Cavid qızı atası Məmmədov Cavid və analığı Mirzəyeva Sevinc tərəfindən 2 il müddətində şiddət görüblər.
Beləki, ata 10 yaşlı oğlunu ondan pul oğurladığını əsas gətirərək döyüb və onun əlinə qaynar qaşıq basıb.
5 yaşlı Ruqayənin isə yan nahiyəsində zərbələrdən göyərmə əmələ gəlib.
Hətta S.Mirzəyeva 5 yaşlı Ruqayənin boğazına kəndir bağlayaraq onun evdən çölə çıxmasına mane də olub.
Vəhşi əməlin üstünü isə uşaqların dayısı və xalası açıb. Uzun zaman rəhmətə gedən bacılarının uşaqları ilə görüşdürülməyən xala və dayı onlara görüşən zaman vəziyyətlərinin yaxşı olmadığını və uşaqların bədənlərində xəsarətlərin olduğuna şahib olublar.
Dəfələrlə polisə şikayət olunsa da uşaqlar ata həyatda olduğuna görə ona verilib.
Uşaqlara nənələri qəyyumluq etmək istəsə də ata və ögey ana buna razılıq vermirlər. Səbəb isə uşaqlara aylıq verilən 60 manatlıq müavinətdir.
Hazırda uşaqlar Astara rayon Ərçivan kənd polis idarəsindədirlər.
Uşaqların döyülmə faktını ata öz üzərinə götürüb.
Uşaqların əmisi Xalid Məmmədov saytımıza açıqlama verərək bildirib ki, uşaqlara işgəncə verən onların ögey anasıdır:"Polis idarəsində cərimə yazıb buraxdılar. Təhqiqatda uşaqlara verilən işgəncələrin ekspertiza nəticəsində təyin olunmasını tələb edirəm. Ailə olaraq bilmək istəyirik ki, uşaqlara kim xəsarət yetirib".
Valideynlərin əməlinə hüquqi qiymət verilməsi və onların törətdiyi cinayətə görə, cinayət məsuliyyətinə alınması üçün Daxili İşlər Nazirliyinə, uşaqların himayəyə götürülməsi, qayğısına qalınması üçün isə Astara Rayon İcra Hakimiyyətinə müraciət edirik.