Bu oğurluğa görə, cavab verəcəklər – Baba Vəziroğlu
    • 17-07-2023, 14:18
    • 246

Bu oğurluğa görə, cavab verəcəklər – Baba Vəziroğlu

Xəbər verdiyimiz kimi, adəti üzrə ermənilər bu dəfə Xalq artisti Aygün Kazımovanın "Səndən nigaranam" mahnısı oğurlayıblar.

Tiqran Asatryan
adlı ifaçı mahnını oxuyaraq "Andzrev" adı ilə yutub kanalında yerləşdirib. O, müəllifin adını qeyd etməyib.

Mövzu ilə bağlı mahnının sözlərinin müəllifi Baba Vəziroğlu News24.az-a münasibət bildirib.

“Ermənilərin oğurladıqlarının yanında mahnı nədir ki?! Onların kimlikləri bəllidir: Torpaq oğrusu, mədəniyyət oğrusu, mətbəx oğrusu və s. siyahını nə qədər uzatmaq olar. Bayraqlarını belə Kolumbiyadan oğurlayıblar. Yəni bunlar oğurluqdan başqa işlə məşğul olsaydı hə, onda təəccüblənərdik ki, islah olublar. Özləri demişkən oğurluq onların xislətində minillərdir ki, var. Bu, bəlkə də oğurlanan mininci mahnıdır.  “Küçələrə su səpmişəm”, “Sarı gəlin”-dən tutmuş, şəxsi bəstəkar musiqilərimizə qədər öz adlarına çıxarıblar. İndi biz onlara nə deyək? Yel qayadan nə aparar?”.
 
B.Vəziroğlu qeyd edib ki, Ermənistan bu oğurluğa görə, məhkəmə qarşısında cavab verəcək: “İnşallah gün gələcək ki, müəllif hüquqları dünyada bərqərar olacaq. Onlar hüquq müstəvisində cavab verəcək. Bununla bağlı böyük cərimələr var. Sivil ölkələrdə müəllif haqlarının pozulmasına görə, yüksək cərimələr tətbiq edilir. Dünyada ən böyük hüquq müəllif hüquqlarıdır. Amma hələlik Ermənistanda nə bu yöndə, nə də mənəviyyat müstəvisində qayda-qanunlar mövcuddur. Ona görə Ermənistan buna cavab verənədək hələ ki, deyirik “it aparan olsun”. Əgər  Amerika, Almaniya yaxud türk mahnılarını lisenziyası olmadan kimsə öz adına götürüb oxusa, adamı dar ağacına çəkərlər. Amma Ermənistan sivilizasiyadan kənar bir tayfanın yaşadığı məkandır. Orada qayda-qanun yoxdur”,- deyə o yekunlaşdırıb. 

Arzu