“Araz-Naxçıvan” ev oyunlarını Bakıda keçirəcək
    • 17-07-2023, 14:59
    • 326

“Araz-Naxçıvan” ev oyunlarını Bakıda keçirəcək

Premyer Liqada mübarizə aparacaq “Araz-Naxçıvan”ın ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.

News24.az bildirir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Naxçıvan Muxtar Respublika stadionunda aparılacaq təmir işləri ilə əlaqədar komanda rəqiblərini oktyabr ayına qədər müvəqqəti olaraq Bakıda qəbul edəcək. “Araz-Naxçıvan” ev matçlarını Mərdəkandakı “Dalğa Arena”da keçirəcək.

Qeyd edək ki, 2011-cu ildə istifadəyə verilən bu stadion 6700 tamaşaçı tutumuna malikdir.