Uşaq bağçada yıxıldı, müəllimlər anasından gizlətdi
    • 17-07-2023, 15:44
    • 316

Uşaq bağçada yıxıldı, müəllimlər anasından gizlətdi

Krasnoyarsk uşaq bağçasında beş yaşlı qız barmaqlıqdan yerə yıxılaraq kəllə-beyin travması alıb.

News24.az xəbər verir ki, bu barədə Ngs24.ru nəşri məlumat yayıb.

Uşağın anasının sözlərinə görə, hadisə iyulun 12-də Könüllülər Briqadası küçəsi 42 ünvanında yerləşən məktəbəqədər təhsil müəssisəsində baş verib. Qadın iddia edir ki, barmaqlıqdan başıaşağı yerə yıxılan qızına nəinki yardım göstərilməyib, hətta müəllimlər bu hadisəni gizlədib.

Qadın qızını müayinə etdrib, həkimlər azyaşlıya qapalı kəllə-beyin travması, beyin silkələnməsi, eləcə də, burnunda əziklər və sıyrıqlar diaqnozu qoyublar. Həkimlərin sözlərinə görə, uşağın vəziyyəti orta ağırdır. 

Aynurə