Qatarın taksini vurduğu qəzada xəsarət alanların vəziyyəti AĞIRDIR - Səhiyyə Nazirliyi - YENİLƏNİB
    • 29-07-2019, 16:25
    • 1 369

Qatarın taksini vurduğu qəzada xəsarət alanların vəziyyəti AĞIRDIR - Səhiyyə Nazirliyi - YENİLƏNİB

Qəzada xəsarət alan iki nəfərə təcili tibbi yardım tərəfindən qoyulan iliki diaqnoz təstiqini tapmayıb.

Səhiyyə Nazirliyindən News24.az-a verilən məlumata görə, 22 yaşlı qızda 20 yaşlı oğlanda qapalı kəllə beyin travması aşkarlanmayıb. Vəziyyətləri normaldır. Ambulator müalicəyə buraxılıblar.

***
14.15
Səhiyyə Nazirliyinin Bakının Zirə qəsəbəsində (Qala yolu) qatarın taksini vurması nəticəsində xəsarət alanların durumunu açıqlayıb.

Nazirlikdən News24.az-a verilən məlumata görə, hadisə zamanı 4 nəfər xəsarət alıb.

Onlardan 22 yaşlı qız qapalı kəllə beyin travması və yuxarı ətrafların sınığı diaqnozu, digər yaralı - 20 yaşlı oğlan qapalı kəllə beyin travması diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Hər iki yaralının vəziyyəti ağırdır.

Hadisə nəticəsində 38 yaşlı kişinin sol qolu sıyrılıb. 33 yaşlı kişi isə sol çiyinindən və sol baldırından travma alıb. Hər iki şəxsə yerində yardım edilib. Onlar xəstəxanaya aparılmalarından imtina ediblər.