AFFA rəsmisi UEFA-dan təyinat aldı
    • 17-07-2023, 17:35
    • 229

AFFA rəsmisi UEFA-dan təyinat aldı

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA-dan təyinat alıb.

News24.az xəbər verir ki, Milli Assosiasiyadan “Report”a verilən məlumata görə, o, Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Dinamo” (Tbilisi, Gürcüstan) – “Astana” (Qazaxıstan) oyununda iş başında olacaq.

E.Məmmədov Boris Payçadze adına “Dinamo Arena”da baş tutacaq qarşılaşmada VAR sisteminin tətbiqi ilə bağlı təşkilatı işlərin koordinasiyası məqsədilə Tbilisiyə yollanacaq.

Qeyd edək ki, iyulun 19-da keçiriləcək “Dinamo” – “Astana” matçı Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Komandalar arasında Qazaxıstanda baş tutan ilk görüşdə 1:1 hesabı qeydə alınıb.