"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi
    • 9-08-2020, 14:41
    • 1 153

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi

"Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. 

News24.az xəbər verir ki, Azərbaycan təmsilçisi Makedoniya vitse-çempionu "Sileks" ilə üz-üzə gələcək. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda püşkün nəticəsinə əsasən matçı evdə keçirəcək. 

Püşkatmanın nəticələri:

"Ferentsvaroş" (Macarıstan) - "Yurqorden" (İsveç)
"Seltik" (Şotlandiya) - KR (Reykyavik, İslandiya)
"Legiya" (Varşava, Polşa) - İlkin mərhələdə "Linfild" (Şimali İrlandiya) / "Drita" (Kosovo) cütünün qalibi
"Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq)
"Konnas Ki" (Uels) - "Sarayevo" (Bosniya və Herseqovina)
"Srvena Zvezda" (Serbiya) - "Europa" (Cəbəllütariq)
"Buduçnost" (Podqoritsa, Monteneqro) - "Lüdoqorets" (Bolqarıstan)
"Ararat-Armenia" (Ermənistan) - "Omoniya" (Kipr)
"Floriana" (Malta) - ÇFR (Kluj, Rumıniya) 
"Makkabi" (Təl-Əviv, İsrail) - "Riqa" (Latviya) 
"Qarabağ" (AZƏRBAYCAN) - "Sileks" (Şimali Makedoniya)
"Dinamo" (Tbilisi, Gürcüstan) - "Tirana" (Albaniya)
"Dinamo" (Brest, Belarus) - "Astana" (Qazaxıstan)
"Dinamo Tbilisi (Gürcüstan) - "Tirana" (Albaniya)
"Molde" (Norveç) - "KuPS" (Finlandiya)
"Flora" (Tallin, Estoniya) - "Suduva" (Litva)
"Tselye" (Sloveniya) - "Dandolk" (İrlandiya)
"Kİ (Klaksvik, Farer adaları) - "Slovan" (Bratislava, Slovakiya)
 
Qeyd edək ki, qaydalara əsasən, pley-offadək bütün mərhələlər bir qarşılaşmadan ibarətdir. Birinci təsnifat mərhələsinin oyunları 18-19 avqustda keçiriləcək. Əsas vaxt heç-heçə ilə yekunlaşacağı təqdirdə, əlavə vaxt və yenə zərurət yaranarsa, penalti seriyası təyin olunacaq. Qalib komanda Çempionlar Liqasında, məğlub isə Avropa Liqasında II təsnifat mərhələsinə keçəcək.