Üçüncü dəfə evlənməyə hazırlaşır
    • 17-07-2023, 23:50
    • 755

Üçüncü dəfə evlənməyə hazırlaşır

Türkiyəli məşhur aparıcı Burcu Esmersoy uzun müddətdir, sevgili olduğu Nazım Akmandillə nikah masasına oturmağa hazırlaşır.

Esmersoy İtaliya, İstanbul və Bodrumda toy edəcəklərini açıqlayıb.

Özündən 15 yaş kiçik Nazım Akmandillə sevgili olan Burcu Esmersoy 5 gəlinlik geyəcəyini deyib:

"İndiyə qədər geyindiyim gəlinliklərdə heç bir səhv etməmişəm. Dizaynerim mənim üçün gözəl sürpriz edəcək. Ziyafətdən sonra ailəmiz və yaxın dostlarımızla 1-3 sentyabr tarixlərində İtaliyada toy edəcəyik. Bir çox dostumuzla bərabər İstanbul və Bodrumda da toy olacaq. Beş gəlinlik geyinəcəm. Toy paltarı çox gözəl şeydir. Məncə bunu bacardıqca geyinmək lazımdır”, - deyə o bildirib.

Qeyd edək ki, Burcu Esmersoy 2 dəfə ailə həyatı qurub. /Qafqazinfo/