Yunanıstanda  25 nəfər bir-birini qucaqlayıb yandı - VİDEO
    • 25-07-2018, 12:16
    • 919

Yunanıstanda 25 nəfər bir-birini qucaqlayıb yandı - VİDEO

Artıq bir neçə gündür Yunanıstanda meşə yanğınları davam edir. News24.az xəbər verir ki, meşə yanğınları artıq paytaxt Afinaya qədər çatıb. 

News24.az xəbər verir ki,  77 şəxsin ölümünə səbəb olan meşə yanğınlarından qaçmaq üçün dənizə sığınanların bir qismi boğulub, xeyli insan isə itkin düşüb.

Ən böyük dəhşət isə Mati kəndində yaşanıb. Belə ki, yanğından qaçmaq istəyən 25 nəfər sıldırım qayalığa qalxıb. Ya oradan tullanmaq, ya da kı yanaraq ölmək arasında seçim etməli olan sakinlər bir-birinə qısılaraq son ana kimi qayada xilas olmağı gözləyib. Ancaq saatlar sonra əraziyə enə bilən xilasetmə əməkdaşları aralarında uşaqların da olduğu həmin 25 nəfərin bir-birini qucaqlamış halda cəsədlərini tapa bilib.
 Xeyli insanın dənizdə itkin düşdüyü və boğulanların olduğu bildirilib. 

Xatırladaq ki, Yunanıstanın baş naziri dəhşətli yanğının təxribat olduğunu söyləyib.

İlhamə