Avstraliyadakı yanğınları söndürən TƏYYARƏ QƏZAYA UĞRADI - ÖLƏNLƏR VAR
    • 23-01-2020, 10:27
    • 686

Avstraliyadakı yanğınları söndürən TƏYYARƏ QƏZAYA UĞRADI - ÖLƏNLƏR VAR

Avstraliyadakı meşə yanğınlarını söndürən təyyarə ilə əlaqə itib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yanğınsöndürmə xidməti məlumat verib. Bildirilib ki, böyük aviatanker ölkənin cənub-şərqindəki Yeni Cənubi Uels əyalətinin Snou Monaro bölgəsində yanğınlara müdaxilə edib. 

Araşdırma zamanı təyyarənin qəzaya uğradığı bəlli olub. Qəzada 3 nəfərin öldüyü bildiirlib.

Hadisə ilə əlaqədar istintaq aparılır.

Xatırladaq ki, ötən ilin oktyabr ayından bu günə qədər Avstraliyada meşə yanğınları davam edir. 27 insan və bir milyarddan çox heyvanı ölüb.