"Mən Avropa futboluna qayıtmayacağam" — Ronaldo
    • 18-07-2023, 10:59
    • 246

"Mən Avropa futboluna qayıtmayacağam" — Ronaldo

Dünya futbolunun ulduzu, Portuqaliya millisinin lideri Kriştiano Ronaldo bundan sonra Avropa klubunda oynamayacağını açıqlayıb.

News24.az
xarici mətbuata istinadən xəbər verir ki, Ronaldo Səudiyyə Ərəbistanında qalmağa qərar verdiyini açıqlayıb.

Ronaldo müsahibəsində "Avropa futboluna qayıtmayacağam, qapı sona qədər bağlıdır", ifadələrini işlədib. 

Xatırladaq ki, Ronaldo ötən mövsümün payız hissəsini İngiltərənin “Mançester Yunayted” klubunda keçirib. Lakin 2022-ci il çempionatından əvvəl o, klubu, tərəfdaşları və baş məşqçi Erik ten Haqı tənqid etdiyi qalmaqallı müsahibə verib və bundan sonra onun müqaviləsini ləğv edilib.

O, mövsümdə 200 milyon avroluq görünməmiş maaş zəmanəti alaraq "Əl-Nasr"a keçən bir çox futbol ulduzları arasında ilk idi. Ancaq Ronaldonun klubda meydana çıxması onun ölkəsinin çempionluğunu qazanmasına kömək etmədi, baxmayaraq ki, portuqalın gəlişindən əvvəl "Əl-Nəsr" turnirdə lider idi.

Aynurə