Ronaldo bu kluba keçir - Yeni iddia
    • 28-08-2022, 15:42
    • 337

Ronaldo bu kluba keçir - Yeni iddia

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo “Napoli”yə keçməyə razılıq verib.

News24.az xəbər verir ki, xəbər verir ki, bu barədə “La Gazzeta dello Sport” məlumat yayıb.

Bildirilib ki, portuqaliyalı hücumçunun transferi ilə bağlı müqavilə yaxın vaxtlarda tamamlana bilər. “Napoli” Ronaldonu icarəyə götürəcək, “Mançester Yunayted” isə portuqaliyalı hücumçunun maaşını tam ödəyəcək. “Napoli”nin hücumçu Viktor Osimhen isə İngiltərə klubuna transfer olunacaq. “Mançester Yunayted” onun üçün 100 milyon avro ödəyəcək.

Qeyd edək ki, Ronaldo Çempionlar Liqasında oynamaq istədiyinə görə onun klubunda ayrılmaq istədiyi barədə xəbərlər yayılıb. /Qol.az/