Ronaldo mövsümün ən yaxşısı seçildi
    • 4-06-2022, 22:45
    • 492

Ronaldo mövsümün ən yaxşısı seçildi

“Mançester Yunayted” klubunda 2021/2022-ci il mövsümünün ən yaxşı futbolçusu bəlli olub.

Kriştiano Ronaldo mövsümün ən yaxşısı seçilib.

Otuz yeddi yaşlı hücumçu azarkeşlərin səsverməsi ilə mövsümün ən yaxşısı adına layiq görülüb. O, “Mett Basbi” kubokunu alıb.

Kriştiano Ronaldo karyerasında 4-cü dəfə bu mükafatı qazanıb ki, bu da qapıçı David De Xea ilə birgə rekorddur./Teleqraf.com/