-
- 1-03-2019, 11:30
- 729
Son on gündə Bərdə doğum evində 4 körpə öldü – Nazirlikdən açıqlama
Bərdə rayonunda daha bir doğuş zamanı uşağın ölümünə görə cinayət işi başlanılıb.
News24.az xəbər verir ki, rayon Prokurorluğundan fevralın 27-də Tərtər rayonu, Qarağacı kənd sakini, 1998-ci il təvəllüdlü Abdullayeva Elnarə Seymur qızının Bərdə Doğum Evində yeni doğulmuş qız uşağının ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Cinayət işi üzrə məhkəmə tibb ekspertizası təyin edilib. Doğum evində tərtib olunan sənədlər götürülüb və digər istintaq hərəkətləri yerinə yetirilib.
İstintaq davam etdirilir. Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Səfayə Əhmədova ONA-ya bildirib ki, adı çəkilən doğum evi ikinci dərəcəli olduğuna görə oraya yalnız Bərdədən deyil, ətraf rayonların, o cümlədən Tərtər və Ağcabədinin sakinləri də daxil olur.
Körpələrin tələf olması faktına gəlincə, nazirlik rəsmisi deyib ki, onlar xəstəxanaya ana bətnində ölü daxil olublar və ölü döllər mütəxəssislər tərəfindən xaric edilib. Bütün faktlarla bağlı aidiyyəti qurumlar məlumatlandırılıb, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyası yerli hüquq-mühafizə orqanları birgə araşdırma aparır. S.Əhmədova onu da bildirib ki, məsələ ilə bağlı valideynlərdən hər hansı şikayət daxil olmayıb.