Premyer Liqada 2023/2024 mövsümünün püşkü atıldı
    • 18-07-2023, 15:41
    • 325

Premyer Liqada 2023/2024 mövsümünün püşkü atıldı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün püşkü atılıb.

News24.az-ın məlumatına görə, AFFA-nın inzibati binasında baş tutan tədbirdə I turda üz-üzə gələcək komandalar müəyyənləşib.

"Turan Tovuz" - "Araz Naxçıvan"

"Qarabağ" - "Zirə"

"Kəpəz" - "Neftçi"

"Səbail" "Sumqayıt"

"Sabah" - "Qəbələ"

Qeyd edək ki, Premyer Liqada yeni mövsüm avqustun 4-də start götürəcək.