Azərbaycan Premyer Liqasında püşkatmanın VAXTI DƏQİQLƏŞDİ
    • 11-07-2023, 15:23
    • 219

Azərbaycan Premyer Liqasında püşkatmanın VAXTI DƏQİQLƏŞDİ

Azərbaycan Premyer Liqasında 2023/2024-cü illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib. 

News24.az saytının məlumatına görə, bunu Peşəkar Futbol Liqası açıqlayıb.

Mərasim iyulun 18-də keçiriləcək. Püşkatma AFFA-nın inzibati binasında baş tutacaq və saat 15:00-da başlanacaq.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 4-də start götürəcək. Yarışda 10 komanda 4 dövrədə mübarizə aparacaq.