İranda hicabsız qadınlara metroya minmək QADAĞAN EDİLİR
    • 11-04-2023, 15:50
    • 238

İranda hicabsız qadınlara metroya minmək QADAĞAN EDİLİR

İranda hicab taxmayan qadınlara metroya minmək qadağan ediləcək.

News24.az
İranın yerli mediasına istinadən xəbər verir ki, Tehranda hicabsız qadınların metro işçiləri tərəfindən nəqliyyat vasitəsindən istifadəsinin qarşısı alınıb.

Məlumata görə, hicab taxmayan qadınların ödəniş məntəqələrindən keçməsinə icazə verilməyəcəyi və işləməsinə qadağa qoyulacağı bildirilib.

Xatırladaq ki, hökumət daha əvvəl küçələrdə qadınların geyiminə nəzarət məqsədilə kameralar quraşdıracağını bildirmişdi. 

Qumral Əliyeva