-
- 18-07-2023, 16:58
- 222
10 il əvvəl Rusiyada adam öldürən şəxsin CİNAYƏT İŞİ
10 il əvvəl Rusiyada qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.
News24.az-a Goranboy rayon prokurorluğundan verilən məlumata görə, 01 aprel 2013-cü il tarixdə Rusiya Federasiyasının Volqoqrad şəhərinin Krasnoarmeyski rayonunda Rusiya vətəndaşı Abdulov Ravil Amiroviçin öldürülməsi faktı ilə bağlı Volqoqrad şəhər Krasnoarmeyski rayon İstintaq şöbəsi tərəfindən başlanmış cinayət işi üzrə aparılmış istintaq tədbirləri nəticəsində cinayətin Azərbaycan Respublikasının vətəndaşı Kazımov Nazim Məhəmməd oğlu tərəfindən törədilməsi və sonuncunun Azərbaycan Respublikası ərazisində olması müəyyən edildiyindən iş istintaqın davam etdirilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsilə Goranboy rayon prokurorluğuna göndərilib.
İstintaqla Nazim Kazımovun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Ravil Abdulova bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Nazim Kazımova Cinayət Məcəlləsinin 12.1, 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham elan olunaraq cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.