Makronun Uber ilə "gizli razılaşmalar"ı ortaya çıxdı: son 4 ildə...
    • 18-07-2023, 17:18
    • 203

Makronun Uber ilə "gizli razılaşmalar"ı ortaya çıxdı: son 4 ildə...

Fransa parlamentinin komissiyası Fransa prezidenti Emmanuel Makron ilə Amerikanın Uber şirkəti arasında “gizli sövdələşmə”nin bağlanması barədə hesabat hazırlayıb. 

Makronun himayəsi sayəsində Uber sürücülərin təlim saatlarını 250-dən 7-yə endirə bilib. 

News24.az xəbər verir ki, bu barədə “Radio France” məlumat yayıb. 

Məlumatda bildirilir ki, hesabatın mətni daha sonra təqdim ediləcək. Lakin fransız jurnalistlər onun bəzi müddəalarını artıq açıqlayıblar.

Xüsusilə, sənəddə Makronun Uber lobbisi Mark Makqan ilə sıx əlaqədə olduğu iddia edilir. Hesabatda həmçinin vurğulanır ki, “Uber France”ın baş direktoru Makrona prezidentlik kampaniyasını maliyyələşdirməyi təklif edib. Ümumilikdə, şirkət nümayəndələri son 4 il ərzində ən azı 34 dəfə prezidentin xidmətləri ilə əlaqə saxlayıblar.

Britaniyanın “The Guardian” qəzeti daha əvvəl bildirmişdi ki, onun redaksiyası Uber-i tarixin ən korrupsiyalaşmış şirkəti kimi ifşa edən 124 mindən çox sənəd əldə edib.

Onun yerli rəqibləri qarşısında üstünlük əldə etmək üçün siyasətçilərə və dövlət məmurlarına rüşvət verməklə məşğul olduğu iddia edilir. Beynəlxalq Araşdırmaçı Jurnalistlər Assosiasiyasının məlumatına görə, şirkət 2016-cı ildə rüşvətxorluğa 90 milyon dollar xərcləyib.

Arzu