Deputatın iki oğlu işsiz qaldı
    • 18-07-2023, 17:32
    • 165

Deputatın iki oğlu işsiz qaldı

Milli Məclisin deputatı Tahir Kərimlinin iki oğlu işsizdir.

News24.az xəbər verir ki, bu barədə Valyuta.az-a açıqlamasında Vəhdət Partiyasının Baş Məclisinin sədri Fəxrəddin Ağazadə deyib. 

O, deputatın işsiz övladlarının ali təhsilli olduğunu vurğulayıb:

"Böyük oğlu iki universitet bitirib, özü də ailəlidir. Kiçik oğlu isə hərbi xidmətdən gəlib. Kiçik oğlu bir müddət Batumidə futbolla məşğul olub. Orada zədə alıb, amma indi işsizdir”.