-
- 18-07-2023, 18:07
- 326
İlqar Vəlizadə: “Azərbaycan ikitərəfli münasibətlər qurmaqda heç kimdən asılı deyil”
“İranla ikitərəfli münasibətlərin normallaşması hər iki ölkənin həm geosiyasi, həm də strateji maraqlarına cavab verir”.
Bunu News24.az-a açıqlamasında siyasi ekspert İlqar Vəlizadə bildirib.
O vurğulayıb ki, sözügedən maraqlar regional nəqliyyat-logistika layihələri də daxil olmaqla, bir sıra iqtisadi təşəbbüslərin həyata keçirilməsindən ibarətdir.
İ.Vəlizadənin fikrincə, xüsusilə də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Bakıya səfəri, eləcə də münasibətlərin bərpasına yönələn cəhdlər göstərdi ki, əlaqələrimizdəki fasilə ilk növbədə rəsmi Tehranın maraqları ilə ziddiyyət təşkil edir:
“Burada söhbət İran tərəfinin enerji, nəqliyyat, kənd təsərrüfatı, o cümlədən Zəngəzur dəhlizinin cənubundan keçən logistika xətlərinin inşası ilə bağlı layihələrin icrasına olan marağından gedir. Bu perspektiv planların hər birinin yerinə yetirilməsi indiki şəraitdə həm ölkəmiz, həm də İran üçün çox vacibdir. Bu səbəbdən də ikitərəfli münasibətlərin yenidən canlanmasını təqdirəlayiq hesab edirəm. Digər tərəfdən müştərək komissiyanın işinin İsrailin müdafiə nazirinin ölkəmizə səfərindən sonra başlaması da onu göstərir ki, ölkəmiz ikitərəfli münasibətlərin qurulmasında heç bir dövlətdən asılı deyil. Burada ölkəmiz məqsədinə praqmatik xarici siyasətə üstünlük verərək nail olur və digər dövlətləri də öz maraqları ilə hesablaşmağa məcbur edir”.
Fərid Azəri