Dollar dövrü bitir, qiymətlər artacaq - Dəhşətli proqnoz
    • 18-07-2023, 18:39
    • 286

Dollar dövrü bitir, qiymətlər artacaq - Dəhşətli proqnoz

Güclü dollar erası başa çatır. Bu da öz növbəsində neft və qızıl qiymətlərinin artmasına səbəb ola bilər.

News24.az
xəbər verir ki, bu barədə “Bloomberg” nəşri yazır.

Nəşr qeyd edir ki, Amerika valyutası zəifdir: indi o, 2022-ci ilin sonundan bəri ən çox dəyər itirir. Digər dünya valyutalarına münasibətdə dollar bir ildən artıqdır ki, zəif mövqelər nümayiş etdirir. 

Məsələn, Asiya fond birjalarında son bir həftədə dollar 2 faiz dəyər itirib - ötən ilin noyabrından bu yana belə həftəlik ucuzlaşma müşahidə edilməyib.

Dollar zəiflədikdə adətən neft və qızıl qiymətləri qalxır ki, bu da ötən həftə baş verib.

“Amundi Asset Management”in valyuta strategiyası üzrə direktoru Pareş Upadya agentliyə istinadla bildirib ki, "Qiymətləndirmə nöqteyi-nəzərindən dollar çox yüksək qiymətləndirilib. Bazarlar bunu həyata keçirməyə başlayacaq. Dollara qarşı ABŞ-da ikiqat kəsir - ticarət və büdcə oynayır”. 

Yəni, yaxın aylarda dolların bahalaşmasını gözləməyə dəyməz (bəlkə də zəiflik hətta uzun sürəcək) və bu, dünyanın əksər ölkələrinin iqtisadiyyatını ciddi dəyişikliklərlə təhdid edir.

ABŞ valyutasının bu vəziyyəti inkişaf etməkdə olan ölkələr üçün idxal qiymətlərinin aşağı düşməsinə səbəb olacaq və onlara inflyasiya yükünü azaltmağa kömək edəcək. Dolların zəifləməsi digər ölkələrin Asiya, Avropa və digər regionlardan deyil, ABŞ-dan mal almasını daha sərfəli hala gətirəcək.

Adətən, öz valyutasının zəifləməsinə arxalanan ölkələr öz istehsallarının rəqabət qabiliyyətini artırmaq üçün bunu məqsədli şəkildə həyata keçirir.

Arzu