Dünya birjalarında neft UCUZLAŞDI
    • 12-06-2023, 10:19
    • 534

Dünya birjalarında neft UCUZLAŞDI

Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.

News24.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,88 dollar azalaraq 73,91 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,85 dollar ucuzlaşaraq 69,32 dollar təşkil edib.