-
- 1-03-2019, 16:16
- 1 059
Azərbaycan polisləri yarışdı - FOTO
Fevralın 27-dən martın 1-dək DİN İdmаn Cəmiyyətində qol güləşi (armrestlinq) və ağırlıq daşlarının qaldırılması yаrışı keçirilib.
Öncə Xocalı faciəsinin 27–ci il dönümü ilə bağlı faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, açılış mərasimində çıxış edən DİN İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftaxetdinova bildirib ki, Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır.
Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi uzun illər ərzində bütün idman ictimaiyyətimizi ruhlandırdı, hamını problemlərin aradan qaldırılmasına, qarşıda duran mühüm vəzifələrin yerinə yetirilməsinə və beləliklə də, respublikamızın dünyanın idman mərkəzlərindən birinə çevrilməsi işinə səfərbər etmiş oldu. Görülmüş gərgin və məqsədyönlü işlərin nəticəsi bu gün göz önündədir. Ulu öndərimizin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Möhtərəm dövlət başçımızın diqqəti biz idmançıları yeni qələbələrə səsləyir.
Daha sonra İdman Cəmiyyətinin sədr müavini, polis polkovniki Elçin Rüstəmov yarışın qaydaları barədə iştirakçıları və komanda rəhbərlərini məlumatlandırıb.
Əsasən dənizçilər arasında yaranan qol güləşi (armrestlinq) idman növü kimi 100 ilə yaxındır ki tanınır. İdman daşlarının qaldırılması hərəkəti də vaxtı ilə dövrlərinin ən güclüləri hesab olunan pəhləvanlardan miras qalıb. Güc, dözüm və çevikliyi müəyyən edən bu idman növü indi də orduda, xüsusi təyinatlılar və dənizçilər arasında ən sevilən yarışmadır. Fiziki gücün yoxlamağın ən asan və sadə üsulu kimi tanınan bu idman növündə polislərimiz əvvəlcə nümunəvi çıxışlar göstəriblər.
DİN İdman Cəmiyyətində keçirilən bu yarışda ərazi polis orqanları, nizami hissə və tədris müəssisələrini təmsil edən ümumilikdə 10 komandadan 80 idmançı qələbə uğrunda mübarizə aparıblar.
Gərgin keçən yarışlarda iştirakçılar arasında qaliblər müəyyənləşib. Komanda birinciliyində ilk üçlükdə DİN Daxili Qoşunlarının Baş İdarəsi, Baş Mühafizə İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları qərarlaşıblar.
Keçirilən yarışda Azərbaycan Qol Güləşi Federasiyasının nümayəndələri hakimlik ediblər.
Qol güləşi yarışlarında müvafiq olaraq öz çəki dərəcələrində güclərini sınayan Elnur Vəliyev (65 kiloqram, DQBİ), Röyal Abbaslı (70 kiloqram, DQBİ), Rəşad Muradov (75 kiloqram, BMİ), Ənvər Əmirli (80 kiloqram, DQBİ), Rasim Şirinov (85 kiloqram, Sumqayıt ŞPİ), Zamir Səfərbəyov (90 kiloqram, BMİ) və Vüsal Məmmədov (+90 kiloqram, Bakı şəhər BPİ) yarışın baş mükafatını qazanaraq çempion olublar.
Ağırlıq daşlarının qaldırılmasında Rəşad Həsənov (65 kiloqram, Naxçıvan MR DİN), Akif Müslümov (70 kiloqram, DQBİ), Elvin Dövlətov (75 kiloqram, DQBİ), Alim Sevindikzadə (80 kiloqram, Sumqayıt ŞPİ), Cavid Musayev (85 kiloqram, ƏÇPA), Əli Bayramov (90 kiloqram, DQBİ) və Azər İbrahimov (+90 kiloqram, Gəncə şəhər BPİ) birinci yerə layiq görülərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.
Yarışın idarə olunmasında polis polkovnik-leytenantları, Elnur Həsənov, Seymur Qurbanbəyov, Zaur Məcidov, Mahir Əhmədov, polis kapitanları Munir Orucov və Aydın Həşimov iştirak ediblər.
Mükafatlandırma mərasimində çıxış edən İdmanın təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov ötən il MDB dövlətlərinin güc qurumları arasında idmanın daş qaldırma növü üzrə turnirə ilk dəfə qatılan Azərbaycan DİN-in komandasının yüksək nəticələr göstərərək ümumi hesabda bürünc medal qazandığını diqqətə çatdıraraq, əməkdaşların hazırlıq səviyyəsinin yüksək olmasını, polis idmançılarımızın ildən-ilə təcrübələrinin artdığını dedi. Bildirdi ki, bu yarışda əsas heyəti formalaşan komandamızın beynəlxalq miqyaslı yarışlarda daha böyük qələbələr əldə edəcəyinə ümidlər artır.
Sonda qaliblərə medallar, diplomlar və qiymətli hədiyyələr təqdim olunub.