Vaşinqton Qırğızıstana sanskiyalar hazırlayır
    • 19-07-2023, 17:28
    • 277

Vaşinqton Qırğızıstana sanskiyalar hazırlayır

ABŞ prezidenti Co Bayden administrasiyası Qırğızıstana qarşı yeni sanksiyalar paketi hazırlayır. Bildirlir ki, buna səbəb mövcud məhdudiyyətlərdən yan keçərək, ölkənin Rusiya ilə ticarətini dayandırmaqdır.

News24.az xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb. 

Gözlənilir ki, bu yeni sanksiyalar bu həftədən etibarən tətbiq oluna bilər. Bu tədbirlərin hazırlanması müəyyən vaxt aparıb. Qərardan əvvəl ABŞ və Avropa diplomatlarının Bişkekə “aylarla nəticəsiz səfərləri” olub.

Nəşrin məlumatına görə, ABŞ “Rusiya Federasiyasını təcrid etmək” istəyir və Moskvanın bütün mümkün tərəfdaşlarına qarşı yeni sanksiyalar paketləri hazırlayır.

Bundan əvvəl də məlum olub ki, Böyük Britaniya Rusiyaya qarşı sanksiya siyahısına 14 yeni şəxsi əlavə edib. Siyahıya təhsil naziri Sergey Kravtsov, Kamçatka diyarının qubernatoru Vladimir Solodov və Moskva vilayəti hökumətinin sədr müavini Vyaçeslav Duhin kimi şəxslər daxildir.

Arzu