Aİ-nin Rusiyaya qarşı 11-ci sanksiyalar paketi qüvvəyə mindi
    • 23-06-2023, 11:44
    • 238

Aİ-nin Rusiyaya qarşı 11-ci sanksiyalar paketi qüvvəyə mindi

Avropa İttifaqının Rusiyaya qarşı 11-ci sanksiyalar paketi qüvvəyə minib.

News24.az
xəbər verir ki, bu barədə iyunun 23-də Estoniya Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Daha əvvəl Aİ-nin Moskvaya qarşı növbəti sanksiyalar paketinin icrasının iyunun 23-dək başa çatacağı və məhdudiyyətlərin siyahısı ictimaiyyətə açıqlanacağı bildirilmişdi.

Polşanın Aİ-dəki səfiri bildirib ki, Moskvaya qarşı 11-ci sanksiyalar paketinə 70 nəfərə qarşı tədbirlər daxil edilib, həmçinin "Drujba" neft kəmərinin cənub qolu ilə neftin daşınmasına, habelə Rusiya Federasiyasından qoşquların girişinə qadağa qoyulub. /Ren TV/