-
- 19-07-2023, 17:29
- 468
"Çox istərdik ki, konsulluqdan kimsə məhkəmədə iştirak etsin" - Fərid Səfərlinin anası
“Nə İran tərəfi, nə də Azərbaycan tərəfi indiyədək vəkil tutmayıb. Azərbaycan XİN vəkil tutmağa cəhd etsə də, alınmayıb. Hələ ki, Fəridi müdafiə edən vəkili yoxdur".
Bunu News24.az-a açıqlamasında Almaniyada yaşayan və İrana tələbə yoldaşını ziyarətə gedən zaman həbs olunan Fərid Səfərlinin anası Dilarə Əsgərova deyib.
Onun sözlərinə görə, oğlunun azad olunması ilə bağlı rəsmi qurumlara müraciət etsə də, nəticə əldə edə bilməyib:
"Fəridlə cəmi 2 dəfə danışmışam. Sonuncu danışığımız 1 ay əvvəl olub. Ondan sonra danışa bilməmişik. Fərid sonuncu danışığımız zamanı dedi ki, nə üçün gəlib məhkəmə işçiləri ilə görüşmürlər? Mən də onu arxayın etmək üçün dedim ki, cəhd edilər. İstəmədim ruhdan düşsün. Özünü çox tənha hiss edir. Çox istərdik ki, ən azından konsulluq nümayəndələri prosesdə iştirak etsin. Fərid dövlətin onu müdafiə etdiyini bilsin".
Anası Fəridin səhhəti barədə də məlumat verib:
"Fərid ilk vaxtlarda təkadamlıq kamerada saxlanılıb. Tək olduğu üçün əziyyət çəkib. Başqa heç bir fiziki zorakılığa məruz qalmayıb. İndi isə çoxadamlıq kameraya köçürülüb. Hazırda özünü daha yaxşı hiss edir. Saxlanma şəraitindən narazı deyil".
Dilarə Əsgərova Fəridin məhkəmədə Fars dilində dindirilməsinə də aydınlıq gətirib:
"Fərid dedi ki, ilk məhkəmə prosesində onu ingilis dilli tərcüməçi ilə təmin ediblər. Növbəti proseslərdə isə ondan farsca danışmasını tələb ediblər. Deyiblər ki, sən farsca bilirsən, farsca ifadə ver. Fərid dili bilsə də, terminləri, hüquqi ifadələri bilmir. Dedi ki, məhkəmədə danışılanları anlamıram və əzab çəkirəm. Qızla ünsiyyətdə olanda, bir də çoxadamlıq kamerada qalanda müəyyən qədər öyrənib".
Qumral Əliyeva