-
- 19-07-2023, 17:37
- 296
"Bu, Azərbaycanın yaratdığı yeni reallıqların çağırışlarıdır" — AÇIQLAMA
"Bu gün ölkəmizdə fəaliyyət göstərən 50-dən çox siyasi partiyanın bir qisminin uyğun ortaq siyasi dəyərlər ətrafında birləşməsinə şahidlik edirik. Müəyyən bir hissəsinin "Siyasi partiyalar haqqında" Qanunun yeni tələblərinə cavab verə bilmədiklərinə görə özlərinin buraxdıqlarının, digər qisminin isə yenidən təşkilatlandığını müşahidə edirik".
Bu fikirləri News24.az-a açıqlamasında millət vəkili Hikmət Bababoğlu deyib. Deputat qeyd edib ki, Azərbaycanda bugünədək 31 siyasi partiya öz təşəbbüsü ilə ləğv olunub:
"Təbii ki, bu da islahatların tərkib hissəsi kimi qiymətləndirilməlidir. Eyni zamanda "Siyasi partiyalar haqqında" Qanunun tələblərinə uyğun olaraq yenidən qeydiyyatdan keçmək üçün sənədlərini təqdim edən partiyalar da var. Düşünürəm ki, islahatlar kontektstində siyasi partiyaların hüquq və qanun əsasında fəaliyyətinin ilkin mərhələsini təşkil etməklə, siyasi sistemimizə yeni keyfiyyətlər gətirəcək. Şübhəsiz ki, bundan sonrakı mərhələ siyasi sistemimizin daha da təkmilləşməsi mərhələsi olacaq. Hazırda Azərbaycanın siyasi sisteminin, siyasi partiyamızın qarşısında yeni çağırışlar var. Bu, Azərbaycanın yaratdığı yeni reallıqların çağırışlarıdır. Siyasi partiyalarımız da məhz bu çağırışlar əsasında yenidən öz fəaliyyətlərini yeni məqsədlər, yeni hədəflər üçün müəyyənləşdirəcəklər".
Aynurə Pənahqızı