Qatarı partlatmaq istəyən rus casus şəbəkəsi zərərsizləşdirildi
    • 19-07-2023, 18:20
    • 237

Qatarı partlatmaq istəyən rus casus şəbəkəsi zərərsizləşdirildi

Polşada Ukrayna üçün silah olan qatarların partladılmasını planlaşdıran “rus casus şəbəkəsi” məhv edilib. 

News24.az xəbər verir ki, bu barədə “Gazeta Polska” nəşri məlumat yayıb. Nəşr heç bir sübut təqdim etməyib.

“Baş Prokurorluq və Daxili Təhlükəsizlik Agentliyi Polşada fəaliyyət göstərən, Ukraynaya silah və humanitar yardım daşıyan qatarları partlatmağı planlaşdıran Rusiya kəşfiyyat şəbəkəsini məhv edib”, - məlumatda deyilir. 

Qəzet iddia edir ki, bu, “Milli Təhlükəsizlik Agentliyinin ən böyük uğurudur”. Nəşrin məlumatına görə, “Rusiya hərbi kəşfiyyatına casusluq” ittihamı ilə mart-iyul aylarında ümumilikdə 15 nəfər saxlanılıb. Qəzet yazır ki, onları 10 ilə qədər həbs gözləyir. Saxlanılanlar Belarus, Rusiya və Ukrayna vətəndaşlarıdır.

Qəzetin yazdığına görə, “casuslar” birbaşa Moskvadan tapşırıqlar alıblar və onları yerinə yetirdikdən sonra ödənişləri kriptovalyutalarla (əsasən bitkoinlər) alıblar, sonra isə onlar nağd pula dəyişdiriliblər.

Akqabay