Aksyonova qarşı sui-qəsd: Rusiya qarşısını aldı
    • 3-07-2023, 14:00
    • 248

Aksyonova qarşı sui-qəsd: Rusiya qarşısını aldı

Rusiya təhlükəsizlik qüvvələri Krımın rəhbəri Sergey Aksyonova qarşı sui-qəsdin qarşısını alıb.

News24.az xəbər verir ki, bu barədə Rusiy Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.

“Ukrayna tərəfindən işə götürülən və Ukrayna ərazisində kəşfiyyat və təxribat fəaliyyəti, o cümlədən mina partlayıcı hazırlıq kursu keçmiş 1988-ci il təvəllüdlü Rusiya vətəndaşı saxlanılıb”, - məlumatda deyilir.

İddialara görə, həmin şəxs Aksyonovun avtomobilini partlatmağı planlaşdırıb, lakin gizləndiyi yerdən bombanı götürərkən yaxalanıb.

FTX terror aktına cəhd və partlayıcı maddələrin qanunsuz əldə edilməsi maddələri ilə cinayət işi açıb. Şübhəli həbs edilib və artıq etiraf edib.

Akqabay