-
- 19-07-2023, 21:28
- 283
ABŞ və Çin arasında çoxdan gözlənilən müharibə labüddürmü?
“ABŞ ilə Çin arasında müharibənin olub-olmayacağı Ukraynadakı savaşın nəticələrindən asılıdır”.
Bunu News24.az-a özəl açıqlamasında ukraynalı politoloq Valeri Dımov bildirib.
O deyib ki, dünya ictimaiyyəti ara-sıra siyasi bəyanatlar versə də, Rusiyanın Ukraynadakı hərbi aktivliyinə laqeyd münasibət sərgiləyir.
Ekspertin qənaətincə, bu cür yanaşma digər ölkələri də təhlükə qarşısında qoya və müharibənin miqyasını Yaxın Şərqə qədər genişləndirə bilər.
O, həmçinin Şimali Koreya ilə İranı dünya üçün “saatlı bomba” adlandırıb: “Çinin çoxsaylı problemləri ona görə gözardı edilir ki, aparıcı dövlətlər rəsmi Pekinin Rusiya ilə əməkdaşlığı dayandırmasına çalışır. Buna nail olunmasa, ABŞ-ın qlobal problemlərə laqeyd münasibəti bəhanə edib, Çinə hücum həyata keçirməsi labüddür. Bəli, bu ehtimal var. Hazırda Tayvan kimi böyük problemlə mübarizə aparan Çin də, Rusiya aqressiyasını dəf etməyə çalışan ABŞ-da silahlanır. Üstəlik, Pekinin Tayvan kimi ciddi problemi var. O ki qaldı iki böyük güc arasında genişmiqyaslı müharibəyə, hər şey Ukrayna savaşının nəticəsindən asılıdır. Əgər proqnozlar özünü doğrultmasa, belə bir genişmiqyaslı savaşın baş verəcəyini istisna etmirəm”.
Fərid Azəri