İdarəetməni itirən sürücü ağaca çırpılıb
    • 19-07-2023, 20:40
    • 262

İdarəetməni itirən sürücü ağaca çırpılıb

Göyçayda sürücü idarəetməni itirərək ağaca çırpılıb.

News24.az xəbər verir ki, hadisə Göyçayın Cəyirli kəndində qeydə alınıb. Təzyiqi qalxan sürücü, Göyçay sakini 1977-ci il təvəllüdlü İsmayılov Zöhrab Arif oğlu idarəetməni itirib və avtomobil ağaca çırpılıb.

Yüngül bədən xəsarətləri alan sürücü təcili olaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Hazırda vəziyyəti stabildir.