Ağdamda avtomobil ağaca çırpılıb, 3 nəfər ölüb - FOTO - YENİLƏNDİ
    • 29-04-2023, 22:56
    • 392

Ağdamda avtomobil ağaca çırpılıb, 3 nəfər ölüb - FOTO - YENİLƏNDİ

Ağdamda baş verən yol qəzasında 3 nəfər ölüb.

Həyatını itirənlərdən ikisinin adı məlum olub.

Aydın Qasımov və Yusif İbadov avtomobilin ağaca çırpılması nəticəsində ölüb.

Digər həyatını itirən və ağır yaralı olan şəxsin də kimliyi araşdırılır.

***

Saat 21:21


Ağdamda ağır yol qəzası baş verib.

Hadisə rayonun Eyvazlı kəndində qeydə alınıb.

Belə ki, "VAZ 2107" markalı avtomobilin sürücüsü idarəetməni itirərək ağaca çırpılıb.

Avtomobildə 4 nəfərin olduğu deyilir.

Qəza zamanı ölən və xəsarət alanlar var.

Faktla bağlı araşdırma aparılır. /APA/