Marketdən pul, qadından boyunbağı oğurlandı
    • 20-07-2023, 10:51
    • 142

Marketdən pul, qadından boyunbağı oğurlandı

Bakıda soyğunçuluq faktları qeydə alınıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 19-da saat 13 radələrində rayon ərazisində yerləşən ticarət mərkəzindəki mağazaların birindən soyğunçuluq yolu ilə 585 manat pul talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 46 yaşlı Ramin Mustafayev müəyyən olunaraq saxlanılıb.

Daha bir fakt Xəzər rayonunda qeydə alınıb,

Belə ki, iyulun 17-də Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini olan bir qadının qızıl boyunbağısının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

Soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 29 yaşlı Mansur Əliyev Xəzər RPİ 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.