Mağazada satıcı qarət edildi
    • 12-06-2023, 12:25
    • 208

Mağazada satıcı qarət edildi

Bakının Yasamal rayonunda soyğunçuluq hadisəsi baş verib.

News24.az  xəbər verir ki, iyunun 11-də Yasamal rayonu M.Həsənov küçəsində yerləşən mağazada bir nəfərin satıcının içərisində pulu, sənəd və bank kartları olan cüzdanını soyğunçuluq yolu ilə talaması barədə polisə məlumat daxil olub.

Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər də oğurluq və soyğunçuluğa görə məhkum olunmuş Rasim Bayramov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində araşdırma aparılır.