Bakıda faciəli şəkildə ölən yeniyetmə peşəkar idmançı imiş - FOTO
    • 20-07-2023, 11:21
    • 150

Bakıda faciəli şəkildə ölən yeniyetmə peşəkar idmançı imiş - FOTO

Xəbər verdiyimiz kimi 2 gün əvvəl 16 yaşlı yeniyetmə Tural Məmmədov Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində nəzarətsiz ərazidə dənizdə çimərkən anasının gözü önündə batıb.

News24.az xəbər verir ki, yeniyetmənin meyiti dünən tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Bildirilir ki, faciəvi şəkildə ölən Tural Binəqədi rayonu 179 saylı orta məktəbin şagirdi olub. O, həm də döyüş idman növləri üzrə peşəkar idmançı olub. Tural Məmmədov bir sıra yarışlarda iştirak edibmiş və qalib olubmuş.

Taleh Bağırov