Dünyada İLK: beyninə ÇİP yerləşdirdi
    • 20-07-2023, 12:49
    • 149

Dünyada İLK: beyninə ÇİP yerləşdirdi

Rusiyalı gənc beyninə implant yerləşdirib.

News24.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə özü "Daily Mail"-ə açıqlamasında təsdiqləyib.

40 yaşlı Mixail Raduqa bu əməliyyatı çoxdan planlaşdırdığını açıqlamayıb. O, bildirib ki, öz yuxularını idarə etmək üçün ona implant-elektrod lazım idi. O, inanır ki, yaxın gələcəkdə insanlar öz arzularını idarə edə və onları istədikləri istiqamətə yönəldə biləcəklər.

Raduqa iyunun sonunda əməliyyatın başa çatdığını elan edib: "Sağ qaldığım üçün şadam, amma ölməyə hazır idim".

Oksford Universitetindən məsləhətçi neyrocərrah isə təcrübəni "son dərəcə təhlükəli" adlandırıb. Eksperimentatoru "hər cür ağırlaşmalardan" və yüksək infeksiya riskindən xəbərdar etdiyini açıqlayıb. O, həmçinin qeyd edib ki, Raduqa beyin qabığındakı çapıqlara görə, epilepsiya ilə üzləşə bilər.

Aynurə