Körpəsini atan anaya cinayət işi açıldı
    • 20-07-2023, 16:32
    • 205

Körpəsini atan anaya cinayət işi açıldı

İyul ayının 17-də Sabunçu rayonunda yeni doğulmuş körpənin məişət tullantıları qutusunda tapılması və polis əməkdaşları tərəfindən tibb müəssisəsinə yerləşdirilməsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırmalar aparılıb.

News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Körpəni məişət tullantıları qutusuna atan ana S.Qasımova saxlanılıb, onun izahahatı alınıb və zəruri istintaq hərəkətləri icra edilib.

Toplanmış materialda Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) maddəsinin əlamətləri olduğundan həmin maddə ilə Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanılıb,

S.Qasımova təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. İş üzrə müvafiq istintaq hərəkətləri və araşdırmalar davam etdirilir.