"Vaqner"in döyüşçüləri Polşaya göndərildi
    • 20-07-2023, 17:44
    • 138

"Vaqner"in döyüşçüləri Polşaya göndərildi

Belarus ordusunun hərbçiləri “Vaqner” PMC-nin döyüşçüləri ilə birlikdə Polşa ilə sərhəd yaxınlığındakı Brestski poliqonunda birgə tapşırıqlar hazırlayırlar.

News24.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Belarus Silahlı Qüvvələri “Vaqner” PMC-nin döyüşçüləri ilə birgə təlimləri davam etdirir. Hesabatda deyilir ki, bir həftə ərzində xüsusi əməliyyat qüvvələrinin bölmələri şirkət nümayəndələri ilə birlikdə Brestski poliqonunda döyüş hazırlığı tapşırıqlarını işləyəcəklər.

Daha əvvəl Belarus Müdafiə Nazirliyi bildirmişdi ki, “Vaqner” PMC-nin döyüşçüləri respublikanın ərazi qoşunlarından hərbi kadrların hazırlanmasına başlayıb. Həmçinin, Belarus Müdafiə Nazirliyi yaxın gələcəkdə respublikanın silahlı qüvvələri və PMC "Vaqner" döyüşçülərinin birgə iş planları üçün yol xəritəsinin hazırlanmasından danışıb.

Arzu