-
- 20-07-2023, 18:02
- 180
Türkiyənin faiz artımlarını yavaşlatması lirəni təhdid edir
Türkiyənin Mərkəzi Bankı cümə axşamı faiz artımı tempini yavaşladıb. Bu, inflyasiya hələ də 40% ətrafında qaldığı üçün yerli aktivləri daha da təhdid edir.
News24.az xəbər verir ki, Mərkəzi Bank sədri Hafize Qaye Erkanın rəhbərlik etdiyi Pul Siyasəti Komitəsi həftəlik faiz dərəcəsini 15%-dən 17,5%-ə qaldırıb.
“Bloomberg”-in sorğusuna qatılan analitiklər öz proqnozlarında fərqləniblər və orta hesabla 18,5%-ə qədər artım nəzərdə tutulurdu.
Lirə çox qısa müddətə bahalaşıb, lakin daha sonra Mərkəzi Bankın qərarının dərcindən sonra minimumu dərhal yeniləyib.
Qərar Erkanın keçən ay təyinatından sonra başlayan faiz artımlarının sürətini yavaşladır.
Akqabay