Bağlanan siyasi partiyaları tanımadılar - VİDEO
    • 20-07-2023, 18:32
    • 346

Bağlanan siyasi partiyaları tanımadılar - VİDEO

31 partiya öz təşəbbüsü ilə ləğv olunmaları barədə bəyanat verib. Beynəlxalq təcrübə öyrənilməklə siyasi partiyaların fəaliyyətini tənzimləyən yeni qanun layihəsi hazırlanıb və geniş ictimai müzakirələr keçirilməklə qəbul edilib. Yeni Qanuna əsasən partiyanın azı 5.000 üzvü olmalıdır və onlar üzvlərinin reyestrini Ədliyyə Nazirliyinə təqdim etməlidirlər.

“Siyasi partiyalar haqqında” Qanun ölkədə həyata keçirilən demokratik islahatların növbəti təzahürü olaraq siyasi partiyaların fəaliyyətinin səmərəli qurulmasına, daha sağlam siyasi mühitin formalaşmasına və siyasi qüvvələr arasında qarşılıqlı faydalı dialoqun genişləndirilməsinə xidmət edir. Bununla əlaqədar Ədliyyə Nazirliyi tərəfindən normativ hüquqi aktların yeni Qanuna uyğunlaşdırılması istiqamətində və digər aidiyyəti tədbirlər həyata keçirilib.

Qanunun qüvvəyə mindiyi tarixdən ötən müddətdə 31 partiya öz təşəbbüsü ilə ləğv olunmaları barədə bəyanat verib. Bəs, bağlanan partiyaları tanıyan varmı? Bu barədə paytaxt sakinləri arasında sorğu apardıq.

News24.az həmin sorğunu təqdim edir:

Ayfər Nizaməddinqızı