Ukrayna bu ilin sonuna qədər “F-16” qırıcıları alacaq
    • 21-07-2023, 01:16
    • 168

Ukrayna bu ilin sonuna qədər “F-16” qırıcıları alacaq

“ABŞ 2023-cü ilin sonuna qədər “F-16” qırıcılarını Ukraynaya təhvil vermək niyyətindədir”.

News24.az-ın məlumatına görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi “Fox News” telekanalında bildirib.

“Yəqin ki, ilin sonuna qədər təhvil veriləcək. Lakin onlar döyüş meydanındakı vəziyyəti təkbaşına dəyişə bilməyəcəklər.

Onların həqiqətən ehtiyacı olan artilleriya, sursat, hava hücumundan müdafiə sistemləri və tanklardır. Biz hamısını çatdırdıq: görünməmiş sürətlə böyük miqdarda”-deyə, o bildirib.