-
- 31-05-2023, 17:58
- 341
Bu müharibə Qərbə yönəlir, çətin durumda qalacağıq - Kirbi
“ABŞ hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə hücumları səbəbindən Ukraynadakı münaqişənin eskalasiyasının Qərbə qarşı müharibəyə çevrilməsini istəmir”.
News24.az CNN-ə istinadla xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
“Biz Rusiya Federasiyası daxilində hücumları təşviq etmək istəmirik, çünki münaqişənin artıq Ukrayna xalqının başına gələn zorakılıqdan kənara çıxmasını istəmirik”, - o qeyd edib.
Kirbi vurğulayıb ki, Qərbə, ABŞ-a və NATO-ya qarşı müharibə Avropada daha çox əziyyətə səbəb ola bilər: “Biz Ukraynaya özünü müdafiə etmək və ərazisini müdafiə etmək üçün lazım olanı verməyə davam edəcəyik, lakin Rusiyaya hücumları dəstəkləmirik”, - deyə o, yekunlaşdırıb.
Akqabay