Bakıda "Bayram Qatarı" yarmarkası keçiriləcək - FOTO
    • 1-03-2019, 22:15
    • 593

Bakıda "Bayram Qatarı" yarmarkası keçiriləcək - FOTO

Bakıda "Bayram Qatarı" adlı ilk yarmarka keçiriləcək.

News24.Az xəbər verir ki, Novruz Bayramı ilə əlaqədar hazırlanmış xeyriyyə yarmarkası Cəfər Cabbarlı meydanında baş tutacaq. Paytaxtın sakinləri və onun qonaqları yarmarkanı martın 15-dən aprelin 15-dək ziyarət edə biləcəklər.
Yarmarkanın təşkilatçısı qismində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin dəstəyi ilə "ADY Əmlak" MMC çıxış edir. "Bayram Qatarı" ildə üç dəfə keçiriləcək.
Yarmarkanın qonaqlarını müxtəlif restoranlar, kafelər, suvenir mağazaları və DJ-lərin iştirakı ilə musiqi müşayiəti gözləyəcək.
Daha ətraflı məlumatı üçün +994 50 320 00 61 nömrəsinə zəng edin.